Accessibility links

Yaponiyanın Mitsubishi Materials zavodunda partlayış olub


Yaponiya rəsmilərinin bildirdiyinə görə, kimya zavodunda baş verən partlayış 5 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Tokiodan 350 km qərbdə, Yokkaiçi şəhərindəki Mitsubişi Materialları zavodunda partlayışın fəhlələrin isitmə sistemində temperaturu artırarkən baş verdiyi deylir.

Yanğınsöndürmə idarəsinin rəsmiləri partlayış nəticəsində xəsarət alımış 17 nəfərin xəstəxanaya çatdırıldığı bildirir. Partlayış qurbanlarının hamısı zavod işçiləridir.
XS
SM
MD
LG