Accessibility links

İordaniya İslam Dövləti yaraqlıları ilə məhbus mübadiləsinə hazır olduğunu bildirir


İordaniyanın informasiya naziri Məhəmməd Əl-Mömaninin bildirdiyinə görə, onun hökuməti İslam Dövləti yaraqlılarının əlində olan pilotla İordaniyada həbsdə olan terrorçunun mübadiləsinə hazırdır.

Nazir bu açıqlamanı bu gün edam vaxtının yaxınlaşdığı vaxt dövlət televiziyası ilə çıxışında verib. Əl-Mömani deyib ki, pilot, leytenant Möat Əl-Kəsiaşi heç bir xəsarət almadan geri qaytarılacağı təqdirdə, 2005-ci ildə Əmmanda 60 nəfərin ölümü ilə nəticələnən terror hücumunda əli oduğunda şübhəli bilinərək, İordaniyada həbsdə olan iraqlı Sacidə Əl-Rişavi də qaytarılacaq.

Cənab Əl-Mömani ölümlə hədələnən yaponiyalı jurnalist Kenci Qoto barədə heç nə deməyib. Yaponiya İordaniyadan Qotonun azad edilməsinə yardım etməsini istəyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG