Accessibility links

“Renault-Nissan-Mitsubishi Motors” avtomobil şirkətləri birliyinin sabiq başçısı həbs edilib


“Nissan” şirkəti idarə heyətinin sabiq sədri Karlos Qosn gəlirləri barədə doğru məlumat vermədiyi ilə bağlı şübhələrə görə Yaponiyada həbs edilib.

Braziliyanın Yaponiyadakı baş konsulu Qosnun ona qarşı irəli sürülən ittihamlarla mübarizə aparmağa hazır olduğunu deyib və əhvali-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

“Renault-Nissan-Mitsubishi Motors” avtomobil şirkətləri birliyinə başçılıq edən Qosn son 5 il ərzində əldə etdiyi 44 milyon dollar gəlir barədə aşağı hesabat verdiyinə görə keçən ay həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG