Accessibility links

Yaponiya Hava Yollarına məxsus təyyarədə insident olub


Yaponiya Hava Yollarına məxsus JAL şirkətinin pilotu bu gün Nyu-Yorka uçan təyyarənin gecikməsinin səbəbinin quşun mühərrikə girməsi ilə bağlı olduğunu deyib.

Pilotun sözlərinə görə, quş mühərrikə təyyarə yerdən qalxdıqdan dərhal sonra girib.

İnsident təyyarənin Tokio aeroportundan qalxmasından bir saat sonra baş verib və pilot 233 sərnişin və və 15 heyət üzvünün olduğu təyyarəni heç kim xəsarət almadan yerə endirib.

JAL şirkəti hadisənin səbəbini öyrənmək üçün mühərrikin yoxlanılacağını bildirib.

Quşların təyyarələrə çırpılması qeyri-adi hal deyil.

XS
SM
MD
LG