Accessibility links

Yaponiya baş nazirinin çıxış etdiyi məkanda partlayış olub


Yaponiyanın Baş naziri Fumio Kişida. Tokio. 16 mart, 2023.
Yaponiyanın Baş naziri Fumio Kişida. Tokio. 16 mart, 2023.

Yaponiya mediası bildirir ki, şənbə günü bir kişinin kampaniya tədbirində Yaponiyanın Baş naziri Fumio Kişidaya doğru partlayıcı cihaz atmasından sonra baş nazir təhlükəsiz şəkildə hadisə yerindən təxliyə olunub.

İnsident Yaponiyanın qərbində Vakayama balıqçılıq limanında baş verib. Kişidanın qarşıdan gələn seçkidə hakim partiyadan namizədə dəstək məqsədilə çıxış edəcəyi gözlənilirdi.

Videoda göstərilir ki, bir neçə polisin qara kapüşonlu bir gənclə mübarizə apardığı, bir müddət sonra isə yaxınlıqda partlayış səslərinin eşidildiyi əks olunub. Şahidlər yerli mediaya bildirib ki, həmin kişi əlindən bir şey atıb. Bəzi Yaponiya KİV-ləri həmin cihazı tüstü bombası kimi xarakterizə edib.

Yaponiya NHK yayımçısı izdihamın təlaş içində hadisə yerindən qaçdığını bildirib.

Polis deyir ki, onlar şübhəli şəxsi həbs ediblər, ancaq motivlə bağlı heç bir açıqlama verməyiblər. Xəsarət alanlar barədə məlumat verilmir.

Kişida hadisə yerindən avtomobillə təxliyyə edilib. Onun hakim Liberal Demokrat Partiyası Twitter-də bildirib ki, o, şənbə günü siyasi fəaliyyətini planlaşdırıldığı kimi davam edəcək.

İnsident Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ictimai siyasi tədbir zamanı əldəqayırma tüfənglə qətlə yetirildikdən cəmi səkkiz ay sonraya təsadüf edib

Yaponiyada son onillərdə siyasi zorakılıq son dərəcədə nadirdir. Ancaq Abenin sui-qəsdi siyasətçilərin tez-tez özəl ünsiyyət qurduğu siyasi tədbirlərdə daha sərt təhlükəsizlik tədbirlərinin görülməsinə dair çağırışlarına səbəb olub.

XS
SM
MD
LG