Accessibility links

Yaponiyanın Baş naziri Ukraynaya səfər edib


Yaponiyanın Baş naziri Fumio Kişida çərşənbə axşamı Ukrayna prezidenti Vlolodimir Zelenski ilə görüşmək üçün Kyivə gedərək, Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpini qəbul edərkən Ukraynaya dəstək nümayiş keçirib.

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Kişida səfəri zamanı Prezident Zelenskinin rəhbərliyi altında vətənlərini müdafiə etmək üçün ayağa qalxan Ukrayna xalqının cəsarətinə və səbrinə hörmət göstərəcək, Yaponiyanın rəhbəri və G-7 sədri kimi Ukraynaya həmrəylik və sarsılmaz dəstək nümayiş etdirəcək.

Nazirliyin bəyanatında, həmçinin qeyd olunub ki, Kişida Yaponiyanın "Rusiyanın işğal və güc yolu ilə status-kvonu birtərəfli dəyişməsini" rədd edəcək.

Kişida Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlamasından bəri müharibə vaxtı Ukraynaya səfər edən sonuncu dünya lideridir.

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi bəyan edib ki, Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri Ukraynaya silah-sursat tədarükü planını yekunlaşdırdıqca, Birləşmiş Ştatlar Ukraynaya son yardım paketi çərçivəsində 350 milyon dollarlıq avadanlıq və sursat təqdim edir.

Üç hərbi məmur Amerikanın Səsinə bildirib ki, paketə Ukraynanın Yüksək Hərəkətli Artilleriya Raket Sistemində (HIMARS) istifadə etmək üçün daha çox yer-yer raketləri, Haubitsalar üçün daha çox 155 millimetrlik sursat və əlavə 25 millimetrlik patron daxildir.

Hərbi məmur Amerikanın Səsinə bildirib ki, ABŞ-ın silah-sursat paketi Rusiyanın bir ildən artıqdır başlayan genişmiqyaslı işğalı ilə mübarizə aparan Ukraynanın döyüş meydanında daha çox sursata ehtiyacını həll etmək üçün Aİ tərəfdaşlarının göstərdiyi səylərlə paralel hazırlanır.

Aİ-nin 2 milyard dollarlıq planına Ukraynaya 12 ay ərzində 1 milyon 155 millimetrlik artilleriya mərmisi göndərilməsi daxildir.

XS
SM
MD
LG