Accessibility links

“Sürətli tanışlıq” - İnsanları qeyri-ənənəvi yolla tanış edən şirkət [Video]


“Sürətli tanışlıq” - İnsanları qeyri-ənənəvi yolla tanış edən şirkət
please wait

No media source currently available

0:00 0:02:06 0:00

“Sürətli tanışlıq” bir neçə dəqiqə ərzində kimisə görüb onunla görüşə gedib-getməmək haqda qərar vermək deməkdir. Təbii ki, burada cəlbedici insanların seçilmək şansı daha çoxdur. Lakin Yaponiyanın “Sürətli tanışlıq” şirkəti qeyri-ənənəvi yolla, üzün yarısının örtülü olması ilə də tanışlığın mümkün olduğunu göstərməyə çalışır.

Tokioda keçirilən “Sürətli tanışlıq” tədbirinə həm qadınlar, həm də kişilər üzlərində cərrah maskaları ilə gəlir. Məqsəd onların üz cizgiləri deyil, şəxsi keyfiyyətlərinin öyrənilməsidir.

“Sürətli tanışlıq” şirkətinin sponsorunun dediyinə görə, bununla insanlar biri-birinin xarici görünüşü deyil, daxili aləmindən xəbərdar olur. Kei Matsumura: “Biri ilə evlənmək istədikdə, əsas münasibət qurmaqdır və bunun üçün onu şəxsiyyət kimi tanımalısan. Elə buna görə də biz maskalardan istifadə edirik.”

Cərrah maskalarından istifadə Yaponiyada qeyri-adi hal deyil. Orada insanlar maskaları soyuqdan, xəstəlikdən qorunmaq üçün taxır. Bəzən üzlərinə kosmetika vurmağa imkanı olmayan qadınlar da maska taxır.

Araşdırmaların nəticələri Yaponiyada 25 yaşından 39 yaşlarınadək insanların istədikləri insana rast gəlmədikləri üçün tənha olduğunu göstərib. Onların çoxu işdən sonra kiminləsə mümkün münasibət qurmaq üçün imkanın az olduğunu deyir.

Burada isə onların tanış olmaq və görüşə getmək üçün qərar verməyə cəmi 3 dəqiqəsi var. “İnsanlar ilk görüşdə əsasən xarici görünüşə fikir verir. Burada isə söhbət şəxsiyyətdən gedir” deyə, iştirakçı Çiharu Tsukahara bildirir.

Yasumusa Kiçi üzünü göstərməməyin ona yardımı etdiyini deyir. “İnsanlar buraya özlərinə uyğun şəxs tapmaq üçün gəlir və mən özümü çox rahat hiss edirəm. Burada insanlar mənim görünüşümə görə mənim haqda mühakimə yürütmür.”

Bəzi insanlar ilk baxışdan məhəbbətə inanır. Burada isə bu, ilk maskadan məhəbbət olur.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG