Amerikanın məşhur caz ustalarından bəzilərinin yaradıcılığı haqda Conqres Kitabxanasında açılan yeni sərgidə öyrənmək olar. Nadir fotolar və videolar, şəxsi qeydlər və rəsmlər sənətkarların 1920-ci ildən bu günədək keçdiyi çətin həyatlarından xəbər verir. “Billi Holiday kimi müğənnilər oxuyarkən, siz lirikadan daha dərin hisslər keçirirsiniz. Siz onu eşidir, onu hiss edirsiniz” deyə, sərginin kuratoru Larri Aplbom bildirir.
“Caz müğənniləri” sərgisinin kuratoru Larri Appelbom deyir ki, Billi Holiday keşməkeşli həyatını onun oxuduğu kədərli və ürəkağrıdan mahnılarında hiss etmək olar. O, caz müğənnilərinin rəqs musiqisindən tutmuş populyar mahnılara qədər, geniş musiqi janrlarını interpretasiya etdiklərini deyir.
“Onlar daim hərəkətdədirlər. Onlarda musiqi tempinə və zamanına bir yanaşma var. Onlar tempə görə barmaqlarını və ya ayaqlarını tərpədir, yəni improvizə edirlər. Bəzən onlar musiqi alətlərinin də səsini çıxarır.”
Bunu 60 ilə qədər musiqi karyerası olan Ella Fidjerald haqda da demək olar. “Instrumentalist musiqiçilər onunla işləyir, o, musiqiçilərlə bərabər ifa edirdi. Səsi sakofon və trampet qədər məna kəsb edirdi.
Caz Amerikanın original musiqi janrıdır ki, bu janr ilk dəfə keçən əsrin əvvəllərində Afro-amerikalılar tərəfindən Nyu-Orleans şəhərində yaranıb. Lakin məşhur müğənni və trubaçı Lui Armstronq 1920-ci illərdə bu musiqi janrının ritmlərini dəyişərək, daha oynaq etdi və oxumağa başladı.
1950-ci illər isə caz ifaçıları üçün qızıl illər idi. Ziyarətçi Arnold Devill 1960-cı illərdə caz müğənnilərinin televiziya ilə çıxışlarına tamaşa edir. “Bu mənim keçmişi, uşaqlıq illərimi, dayılarımın və xalalarımın rəqs etdiyi illəri yadıma salır.”
Bu gün gənc nəsl cazı öz üslublarına görə dəyişir. Beləliklə, caz gələcək nəsillər üçün yaşamaqda davam edir.