Accessibility links

Ağ Ev: Bayden Putinlə ət qablaşdıran şirkətə qarşı kiberhücumu müzakirə edəcək


Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Co Bayden bu ay Rusiya prezidenti Vladimir Putinlə ət qablaşdırma nəhəngi JBS-i hədəf alındığına inanılan kiber təcavüzkarlara sığınacaq verdiyini müzakirə edəcək.

Mətbuat katibi Jen Psaki Ağ Evdə jurnalistlərə Baydenin Avstraliya və Şimali Amerikadakı JBS əməliyyatlarını təsir edən hücumun “sürətli bir strateji araşdırma başlatdığını” deyib.

Dünyanın ən böyük ət qablaşdırıcısı JBS Foods mayın 31-də Avstraliya və Şimali Amerikadakı fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb.

Braziliyada yerləşən qərargahındakı rəsmilərə görə, şirkət həftə sonu kiberhücum hədəfinə çevrilib. Rəsmilər fəsadları aradan qaldırmaq üçün çalışdıqlarını deyib.

Reuters xəbər verib ki, bu problemi həll etmək üçün ABŞ-ın törəmə şirkəti olan JBS USA hücumdan sonra “dərhal hərəkətə keçdiklərini, təsirə məruz qalan bütün sistemlərin fəaliyyətini dayandırdıqlarını, səlahiyyətli qurumları xəbərdar etdiklərini və şirkətin qlobal İT (İnformasiya Texnologiyaları) mütəxəssisləri və üçüncü tərəf mütəxəssisləri şəbəkəsini aktivləşdirdiklərini” açıqlayıb.

Bayden Putinlə iki dünya gücü arasında seçki müdaxiləsi, insan haqları və Rusiyanın Ukraynaya təcavüzü səbəbi ilə artan gərginlikləri Cenevrədə müzakirə edəcək.

Ağ Ev sözçüsü Karin Jan-Pyer Braziliya ət emalçısının ABŞ hökumətinə Rusiyada həyata keçirildiyi düşünülən kiberhücumda fidyə tələbi aldığını bildirib.

O, Ağ Evin bu mövzuda birbaşa Rusiya hökuməti ilə əlaqə qurduğunu deyib.

Bu arada JBS Şimali Amerika və Avstraliyadakı əməliyyatlarına təsir edən kiberhücumun həllində “əhəmiyyətli bir irəliləyiş” əldə etdiyini bəyan edib.

JBS bildirib ki, Kanada mal əti müəssisəsi artıq istehsalını bərpa edib və hücumun Meksika və Britaniyadakı fəaliyyətlərinə təsir etməyib.

Şirkət müştəri, təchizatçı və ya işçi məlumatlarının pozulduğundan xəbərdar olmadığını da deyib.

Avstraliyanın Kənd Təsərrüfatı Naziri David Littlepraud Yeni Cənubi Uels və Viktoriya ştatlarındakı zavodların məhdud şəkildə yenidən fəaliyyətə başladığını və CBS-in Quinsland ştatında işlərini bərpa etməyə ümid etdiyini bildirib.

Littlepraud, həmçinin Avstraliya rəsmilərinin vəziyyəti müzakirə etmək üçün ABŞ rəsmiləri ilə görüşəcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG