Accessibility links

Fransanın məşhur aktyoru Jerar Departye Azərbaycana gəlib


Jerar Departye
Jerar Departye

Fransa kino xadimləri Bakıda “Aleksandr Duma Azərbaycanda” sənədli filminin çəkilişinə başlayıblar

Fransanın məşhur aktyoru Jerar Departye Azərbaycanda səfərdədir.

APA agentliyinin məlumatına görə, məşhur aktyorun Azərbaycana səfəri film çəkilişi ilə bağlıdır. Fransa kino xadimləri tərəfindən “Aleksandr Duma Azərbaycanda” sənədli filminin çəkilişləri aparılır və Jerar Departye bu filmdə fransız aktyoru olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək. Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin keçiriləcəyi nəzərdə tutulur.

Jerar Departyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.

Bu gün filmin çəkilişləri Bakı Caz Mərkəzində baş tutub. Filmin çəkiliş prosesində Azərbaycanın gənc cazmeni Emil Əfrasiyab da iştirak edib. Onun ifası fransız aktyorunun marağına səbəb olub və aktyor azərbaycanlı musiqiçiyə film üçün musiqi yazmağı təklif edib.
XS
SM
MD
LG