Accessibility links

Videolarda əsirlərin başını kəsməklə tanınan İŞİD yaraqlısı Cihadi Conun öldüyü təsdiqlənib


İŞİD Qərbli əsirlərin başını kəsməklə tanınan Cihadi Con ləqəbli qəddar terrorçunun öldüyünü təsdiqləyib.

SITE kəşfiyyat monitorinqi veb səhifəsinin bildirdiyinə görə, İŞİD ingilis dilində dərc etdiyi jurnalında Cihadi Conun ölümünə mədhiyyə yazıb.

Pentaqon noyabrda bildirib ki, Suriyada atılan dron bombası böyük ehtimalla Cihadi Conun qətli ilə nəticələnib.

Cihadi Conun əsil adı Məhəmməd Emvazi idi və o ərəb əsilli britaniyalı idi. O, videolarda qara maska geyinərək, ABŞ jurnalistləri və Britaniya yardım işçiləri də daxil olmaqla əsirlərin başlarını kəsməzdən əvvəl Qərb dövlətlərini təhdid etməklə tanınırdı.

Bu ləqəbi ona keçmiş ispaniyalı əsir verib. İspan əsir dörd girovdarı və onların britaniya ləhçəsində danışmasının ona Beatles musiqi qrupunun üzvlərini xatırlatdığını və Emvazi Cihadi Conun Con Lennona bənzədiyini deyib .

XS
SM
MD
LG