Accessibility links

ABŞ-ın birinci xanımı Rumıniya və Slovakiyaya səfəri zamanı ukraynalı qaçqınlarla görüşəcək


ABŞ-ın birinci xanımı Cil Bayden
ABŞ-ın birinci xanımı Cil Bayden

ABŞ-ın birinci xanımı Cil Bayden mayın 5-9-da aralığnda Rumıniya və Slovakiyaya səfər edəcək. O, səfəri zamanı ABŞ hərbçiləri və səfirlik əməkdaşları, ukraynalı qaçqınlar, humanitar yardım işçiləri, eləcə də müəllimlərlə görüşəcək. Onun ofisi bu haqda məlumatı mayın 2-də verib.

NATO və Aİ üzvləri Rumıniya və Slovakiya Rusiyanın işğalından qaçan yüz minlərlə ukraynalı qaçqına sığınacaq verib.

Cill Baydendən əvvəl artıq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi həftə sonu Kyivdə səfərdə olub. Pelosi səfəri zamanı aprelin 30-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Səfər zamanı Bayden paytaxt Buxarestə getməzdən əvvəl mayın 6-da Rumıniyadakı ABŞ hərbçilərinə baş çəkəcək. Mayın 7-də isə Rumıniya hökumətinin üzvləri, ABŞ səfirliyinin əməkdaşları və köçkün ukraynalı uşaqlarla işləyən müəllimlərlə görüşəcək.

Onun səfər gündəliyinə ABŞ səfirliyinin əməkdaşları və hökumət rəsmiləri ilə görüşmək üçün Slovakiyanın paytaxtı Bratislava getmək də daxildir.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, fevralın 24-də Rusiyanın işğalından sonra təxminən 5,5 milyon insan Ukraynanı tərk edib.

Aprelin 29-na olan məlumata görə 3 milyondan bir qədər çox insan Polşaya qaçıb, Rumıniya 817 000, Slovakiya isə təxminən 372 000 ukraynalıya ev sahibliyi edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG