Accessibility links

Cim Kerri məhkəməyə çağırılacaq. Çox güman ki, məhkəmədə 55 yaşlı aktyora keçmiş sevgilisi Katerina Vayta onun ölmünə səbəb olan narkotik maddələr verməsi ilə əlaqədar ittihamlar irəli sürüləcək.

Aktyora qarşı bu məhkəmə işini Vaytın anası və keçmiş həyat yoldaşı açıb və Los Anceles hakim bu prosesə ciddi yanaşacaq.

Cim Kerri bütün ittihamları rədd edir və onun vəkili ittihamları qərəzli və qəsbkarlıq adlandırıb.

Vaytın anasının vəkili hakimi məhkəmə prosesinin vaxtının uzatmamasına çağırıb.

Məhkəmə günü gələn ilin aprel ayının 26-na nəzərdə tutulub.

XS
SM
MD
LG