ABŞ senatoru John Kerry deyir ki, Amerikanın Pakistanla münasibətləri həlledici mərhələdədir, və ortada həll olunası “çox ciddi məsələlər” var.
Kerry bu bəyanatı Əfqanıstan paytaxtı Kabildə verib. Cənab Kerry sabah İslamabada getməyi planlaşdırır. Bu, Əl-Qaida lideri Üsama bin Ladenin Abbottabad şəhərində öldürlüməsindən bəri ən yüksək rütbəli ABŞ rəsmisinin Pakistana səfəri olacaq.
Abbottabad Pakistan paytaxtından cəmi 50 kilometr məsafədə yerləşir. Bəziləri bin Ladenin burada qalmasından Pakistan kəşfiyyat orqanlarının agah olduğunu spekulyasiya edir.
Qüdrətli Senat Xarici Əlaqələr Komitəsinə rəhbərlik edən Kerry deyib ki, ABŞ Pakistanın terrorizmə qarşı mübarizədə “həqiqi müttəfiq” olmasını arzulayır.