Accessibility links

Ancelina Coli və Bred Pitt qalmaqalı


Ancelina Coli deyilənə görə uşaqları barədə məlumatların möhürlənməsinə dair Bred Pittlə razılaşıb.

Yeni məlumatlara əsasən Bred Pitt və onun hüquqşünasları Los Anceles Ali Məhkəməsinin hakimindən altı uşaqlarına dair bütün sənədlərin möhürləməsini istəyib və Coli razılaşıb.

Lakin o, keçmiş ərinin Colinin boşanmaları barədə təfsilatı ictimailəşdirdiyini deməsinə görə Bredi dikbaşlıqda təqsirləndirib.

Lakin vəkil Laura Vasser boşanmaları haqda məlumatın ictimayyətə yayılmaması üçün Bredin özünün müəyyən səbəbləri olduğunu deyib.

Bredin hüquqşünaslardan ibarət komandası bildirib ki, uşaqların terapevtləri və digər tibb rəsmiləri haqda məlumatlar artıq ictimayyətə yayılıb. Onlar həssas məlumatın ictimayyətə yayılmamaması üçün Colinin özünüidarəedən mexanizminin olmadığını deyib.

Bred Pitt artıq Federal Təhqiqatlar bürosu və Los Anceles Uşaqlar və Ailələr Xidməti şöbəsi tərəfindən təhqiq edilib. Onun şəxsi təyyarədə xüsusilə Maddoksa qarşı təhqiramiz rəftar etdiyi iddia edilirdi. Lakin sonra bu iddialar aradan qalxıb.

XS
SM
MD
LG