Accessibility links

Tramp Con Hantsmenə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini təklif edib


Prezident Donald Tramp Yuta ştatının sabiq qubernatoru Con Hantsmenə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışmağı təklif edib. Bu vəzifəyə təyinat Trampın Moskva ilə əlaqələrinə dair suallar yarandığı bir dövrdə ciddi yoxlanış tələb edəcək.

Media xəbərlərində Hantsmenin təyinatı qəbul etməyə meyilli olduğu yazılır. Baxmayaraq ki, o hələ bununla bağlı mövqeyini açıqlamayıb.

Hantsmen həm demokratlar, həm də respublikaçıların hakimiyyət dövrlərində səfir vəzifələrində çalışıb. O, Barak Obamanın prezidentliyi vaxtında Çində, Corc Buşun hakimiyyəti dövründə isə Sinqapurda səfir kimi fəaliyyət göstərib.

Hantsmen 2004-cü ildə ilk dəfə, 2008-ci ildə isə ikinci dəfə Yuta ştatında qubernator seçilib.

Qubernatorluğunun ikinci dönəmində o, Çinə səfir təyin edildikdə vəzifəsindən istefa verib.

Hantsmenin o zaman reytinqi 80 faiz təşkil edirdi. Pew Mərkəzi Yutanı ən yaxşı idarə edilən ştat adına layiq görmüşdü.

İki il səfir vəfizəsində çalışdıqdan sonra o, 2012-ci il prezident yarışlarına qoşulmaq üçün 2011-ci ildə istefa verib.

Mandarin dilini təmiz bilən Hantsmen və onun xanımı Meri Key çinli qız uşağını övladlığa götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG