Accessibility links

ABŞ İordaniyada 3 ABŞ əsgərinin öldürülməsinə "çox ciddi" cavab planlaşdırır


Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi

ABŞ Mərkəzi Komandanlığının verdiyi məlumata görə, şənbə günü gecə saatlarında İordaniyanın şimal-şərqinə, Suriya sərhədi yaxınlığına edilən pilotsuz təyyarə hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub, azı 34 nəfər yaralanıb.

Onlar demək olar ki, İsraillə HƏMAS militantları arasında təxminən 4 aya yaxındır davam edən müharibə zamanı düşmən atəşi nəticəsində həlak olan ilk Amerika hərbçiləridir.

Ağ Ev bazar ertəsi ABŞ İordaniyadakı bazada üç Amerika hərbçisinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna "çox ciddi" cavab tədbirləri planlaşdırdığını bildirib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin CNN-nə bildirdiyinə görə, prezident Co Biden hücumda İranın dəstəklədiyi militantları günahlandırıb və buna "cavab verəcək" deyib. Lakin Amerikanın hücumunun miqyası və vaxtı ilə bağlı heç bir məlumat verilməyib.

Kirbi bununla belə, ABŞ "İranla müharibəyə can atmır. Biz Yaxın Şərqdə daha geniş münaqişə axtarmırıq" deyib.

İranın Xarici İşlər Nazirliyi məsuliyyəti rədd edib. Rəsmi İRNA xəbər agentliyi nazirliyin sözçüsü Nasir Kənaniyə istinadən bildirib ki, "Müqavimət qruplarının Fələstin xalqını necə dəstəklədiyi və ya öz xalqını müdafiə etməsi ilə bağlı qərarlarında İran İslam Respublikası heç bir rol oynamır".

Həlak olan 3 hərbçinin kimliyi dərhal müəyyən edilmədiyi və yaxınlarına xəbər verilmədiyi üçün Bayden onları "ən yüksək mənada vətənpərvər" adlandırıb.

"Biz onların terrorla mübarizə öhdəliyini davam etdirəcəyik. Və heç bir şübhəniz olmasın ki, biz bütün günahkarları özümüz seçdiyimiz vaxt və bildiyimiz şəkildə məsuliyyətə cəlb edəcəyik" deyib.

Bazar günü Cənubi Karolinada keçirilən seçki kampaniyasında şıxış edən Bayden "cavab verəcəyik" deyib və bir dəqiqəlik sükut xahiş edib.

The Washington Post xəbər verir ki, hücuma görə məsuliyyəti "Kətaib Hizbullah", "Nücəba" və İranın dəstəklədiyi digər silahlıların daxil olduğu "İraqda İslami Müqavimət" qruplaşması öz üzərinə götürüb.

İordaniya hökumətinin sözçüsü Mühannad Mübaydin ABŞ-a başsağlığı verib və hücum zamanı "İordaniya Silahlı Qüvvələrinin zabitləri arasında heç bir itki olmadığını" bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG