Mayın 1-də AzadlıqRadiosu-nun jurnalisti Sabovum Kakar Kabildə dəfn olunub. O, bir gün öncə intiharçı hücumunda həlak olmuş 9 jurnalistdən biridir.
Dəfnə ailə üzvləri, dostları, həmkarları qatılıb.
Radionun həmin hücumda həlak olmuş digər əməkdaşı - Abdulla Hananzai, Kabil bürosunda çalışmaqdan ötrü təlim keçən Məhərrəm Dürrani də mayın 1-də torpağa tapşırılıb.
Kakar beş il idi ki, AzadlıqRadiosu-nda çalışırdı, xəbər süjetləri, reportajlar hazırlayırdı.
“O, adətən intiharçı hücumlarından sonrakı durumu işıqlandırır, digər təhlükəli yerlərdən xəbərlər hazırlayırdı. Təhlükəli hadisələrdən çəkinməyən cəsarətli biri idi”, – Azad Əfqanıstan Radiosunun aparıcı redaktoru Qadir Həbib deyib.