Accessibility links

Jurnalist Seymur Həzi azadlıqda


Jurnalist Seymur Həzi azadlığa buraxılıb
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Jurnalist Seymur Həzi azadlığa buraxılıb

O, 5 il həbs həyatı yaşayıb

Bu gün avqustun 29-da jurnalist Seymur Həzi azadlığa buraxılıb. Onun 5 illik həbs müddəti bu gün tamamlanıb.

"Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Avtobus dayanacağında Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlandırlan jurnalist Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı rədd edib və özünü təqsirli bilməyib. O, məhkəmədə bildirib ki, Məhərrəm Həsənov öyrədilmiş şəxs olub və özü ona hücum edib.

Jurnalist həbsinin səbəbini "Azadlıq" qəzetində hakimiyyəti tənqid edən məqalələri, "Azərbaycan saatı" proqramındakı çıxışlarıyla əlaqələndirib.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə insanların təqib edilmədiyini deyir.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzi ilə bağlı qərarını elan edib. Bu qərar jurnalistin 29 avqust 2014-də həbs edilməsi barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi şikayət üzrə idi.

Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq) maddəsi ilə təminat altına alınan hüquqlarının pozuntusunu tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Seymur Həziyə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödəməlidir.

XS
SM
MD
LG