Accessibility links

Türkiyəli jurnalistlərin həbs qərarı dəyişmədi


Yuxarı instansiya məhkəməsinin qərarına baxmayaraq, Türkiyə məhkəməsi cümə axşamı müxalif Cumhuriyet qəzetinin sabiq 12 əməkdaşı haqda qərarı qüvvədə saxlayıb. Bu haqda qəzetin vəkili məlumat verib.

Vəkil Tora Pekinin sözlərinə görə, Türkiyənin ən ali qurumu Konstitusiya Məhkəməsinin qərarı ilə 13-cü şübhəli jurnalist Kadri Gürsel bəraət ala bilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuat azadlığı məsələsində qlobal qəzəbə səbəb olan bir vaxt hökuməti tənqid edən çox az media orqanından biri olan Cumhuriyet qəzetinin 14 işçisi terrorizm ittihamı ilə 2018-ci ilin aprelində müxtəlif həbs cəzalarına məhkum edilmişdi.

Onlar qanundan kənar Kürdüstan İşçi Partiyası və İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhə militant qruplarını, həmçinin 2016-cı ildə çevirilişə cəhdinə görə ABŞ-dakı müsəlman din xadimi Fətullah Gülənin şəbəkəsini dəstəkləməkdə ittiham edilmişdi. Gülən isə bu ittihamlarla qəti razılaşmayıb.

Cumhuriyet qəzetinin heyəti məhkəmə dinləmələri zamanı gah həbs, gah da azad olunublar. 14-cü təqsirləndirilən şəxs qəzetin müsahibi Emre İper ötən ay sərbəst buraxılıb və iddiası hələ də məhkəmədə baxışdadır.

Türkiyənin Ali Apelyasiya Məhkəməsi olan Kasasiya Məhkəməsi sentyabr ayında jurnalist və siyasətçi Əhməd Şık istisna olmaqla, 13 müttəhimin bəraət almasına qərar vermişdi. Məhkəmə Şıkın fərqli bir cinayətə görə mühakimə olunmalı olduğunu söyləyib.

"Sentyabr ayında Kassasiya Məhkəməsinin qərarı ilə bu sonsuz özbaşınalığın və ədalətsizliyin sona çatdığını düşündük. Ancaq bu gün məhkəmədə belə olmadığını gördük" - deyə, Pekin məhkəmə qərarına münasibət bildirib.

Çevriliş cəhdindən bəri hakimiyyət orqanları mühakimə olunan 77 min insanı həbs edib, o cümlədən 150 min məmur, hakim, hərbi personal və digərlərini işlərindən azad edib. 150-yə yaxın media orqanı isə bağlandı.

Çərşənbə axşamı Qlobal Kütləvi İnformasiya Vasitələri nəzarətçisi 120-dən çox jurnalistin Türkiyə həbsxanalarında saxlanmasını dünya rekordu adlandırıb.

Türkiyənin Qərb müttəfiqləri basqının miqyası ilə bağlı narahatlıqlarını dilə gətirmişdilər. Hüquq müdafiəçiləri Ərdoğanı çeviriliş cəhdindən müxalifəti zəiflətmək üçün bəhanə kimi istifadə etməkdə günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG