Accessibility links

Azadxeber.net saytının redaktor əvəzi saxlanıb


İlkin Məmmədli

Dekabrın 1-də axşam Azadxeber.net dini saytının redaktor əvəzi İlkin Məmmədli saxlanılıb.

Jurnalistin həmkarları bildiriblər ki, İ.Məmmədli Bakıxanov qəsəbəsində saxlanılıb.

Mağazaya gedən gənc geri dönməyib. Sonradan şahidlər bildiriblər ki, mülki geyimli şəxslər jurnalisti avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıblar.

Sabunçu Rayon Polis İdarəsində İ.Məmmədlinin saxlandığını atasına təsdiqləyiblər.

Onun Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı ehtimal edilir.

Rəsmi qurumlar jurnalistin saxlanmasının səbəbləri barədə məlumat yaymayıb.

Azadxeber.org saytının redaktoru Nicat Əliyev həbsdədir. Onun həbsi2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsini tənqid etdikdən sonraya təsadüf edir. Sonradan dini ədavətin qızışdırılmasında, qanunsuz silah saxlanmasında ittiham edilib və 10 il azadlıqdan məhrum olunub.

XS
SM
MD
LG