Accessibility links

Jurnalistikada virtual reallıq [Video]


Jurnalistikada virtual reallıq
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Virtual reallıq kinorejissorlar və jurnalistlər üçün imkanları dəyişdirir. Yeni media prodüserləri virtual reallıqdan istifadə edərək sosial məsələlər və günün mühüm hadisələrini ünvanlayırlar. Bu isə onların auditoriyasına dünyada baş verən hadisələri yaxından izləmək imkanı yaradır.

Bu, ənənəvi kinematoqrafiyanın xaricində yeni bir dünyaya qapı açır və izləyicilərdə rəğbət və həyəcan kimi hissləri yeni səviyyəyə çatdırır.
Cared Vladiç

Təkadamlıq kamerada olmaq belə bir hissdir. Görünüş və səslərin çox real olması normal haldır, çünki bunun belə olması nəzərdə tutulub. The Guardian qəzeti ilə The Mill adlı virtual reallıq şirkətinin birgə hazırladığı “6x9” adlı bu layihə izləyiciləri virtual təkadamlıq kameraya aparır.

“Bu, insanlara adi halda çıxış yolu olmayacaqları yerlərə çıxış imkanı verir,” deyə The Guardian-dan Françeska Panetta bildirir.

Hər hansı bir səhnəni izləməkdənsə, virtual reallıq səysində izləyicilər o səhnənin özündə yer alır. New York TimesUSA Today kimi xəbər agentlikləri isə virtual reallığın xəbərləri çatdırmağın daha güclü yolu olduğunu aşkar edib.

“Bu, ənənəvi kinematoqrafiyanın xaricində yeni bir dünyaya qapı açır və izləyicilərdə rəğbət və həyəcan kimi hissləri yeni səviyyəyə çatdırır,” deyə The Mill-in vizual effektlər prodüseri Cared Vladiç bildirir.

Virtual reallıq kinorejissorlara polis zorakılığı kimi halların göstərilməsində yeni üsullar yaradır . “The Misdemeanor” adlı virtual reallıq səhnəsi izləyicilərə polis tərəfindən saxlanılmağı həm polis, həm də mülki şəxsin perspektivindən izləmək imkanı yaradır.

Təkadamlıq kamera virtual reallıqda
Təkadamlıq kamera virtual reallıqda

“Bir hadisəni bir insanın gözü ilə görürsən və o adamla bərabər həyəcan keçirirsən. Sonra isə eyni hadisəni başqa insanın gözü ilə görürsən. Çox vaxt isə insanlar hər şeyi öz perspektivindən görür və hadisəyə başqa tərəfdən baxmaq və ya müxtəlif insanların müxtəlif məsələrə baxışını görmək imkanı olmur,” deyə Specular Theory-nin icraçı direktoru Morris May bildirir.

Hazırlıq prosesində reallıq və uydurma arasındakı fərqi ayırd etmək də çətin deyil.

"İnsanlar bu qəzanın həqiqətən baş verdiyini düşünürdü. Hətta bəziləri gəlib telefonları ilə bu səhnəni çəkmək istəyirdi və bunun əvvəlcədən çəkilmiş bir səhnə olduğunu anlamırdı, çünki orada nə kamera, nə də çəkiliş heyəti görünmürdü,” deyə May bildirir.

Jurnalistika üçün bu, bir az bahalıdır. Yəni maliyyə modeli hələ sual doğuran qəzet sənayesi üçün bu, çox bahalı bir vasitədir.
Françeska Panetta

Virtual reallığın hazırlanma xərcləri də yüksəkdir.

“Jurnalistika üçün bu, bir az bahalıdır. Yəni maliyyə modeli hələ sual doğuran qəzet sənayesi üçün bu, çox bahalı bir vasitədir,” deyə Panetta bildirir.

New York Times qəzetinin redaktorları reklamçılarla əməkdaşlıq etməyin gəlir gətirməyə kömək etdiyini aşkar edib.

“Bu, yaxşı biznesdir. Virtual reallıq jurnalistlər üçün xəbəri çatdırmağın təsirli yolu olmaqla yanaşı, brendlər üçün də bu işi görür. Düşünürük ki, virtual reallıq potensiala malikdir və abunəçilər üçün yeni ödəniş yolu ola bilər, biz hələ təcrübə mərhələsindəyik, bunun üzərində işləyirik,” deyə The New York Times-ın redaktoru Sam Dolnik bildirir.

Nəticə olaraq virtual reallığın gəlir gətirməsi izləyicilərdən asılı olacaq.

XS
SM
MD
LG