Accessibility links

Vaşinqtonun xəbər muzeyində “Qadağan olmuş hekayələr” layihəsinin təqdimatı keçirilib


Vaşinqtondakı xəbər muzeyi Newseum-da Sərhədsiz Reportyorlar təşkilatı və Azad Səslər Şəbəkəsinin birgə “Qadağan olmuş hekayələr” layihəsinin təqdimatı keçirilib.

Qlobal innovativ layihənin təsisçisi fransız jurnalist Loren Rikardır. “Qadağan olmuş hekayələr layihəsinin əsas məqsədi təhdid olunduqları, həbs edildikləri, ya da qətlə yetirildiklərinə görə öz işlərini görə bilməyən jurnalistlərin işini dərc etmək və davam etdirməkdən ibarətdir”, o bildirib.

Loren Rikar deyib ki, layihənin yaradılmasına əsas iki səbəb olub. Bunlardan biri Parisdə “Şarli Hebdo” dərgisinin jurnalistlərinin terror hücumu nəticəsində qətlə yetirilməsi, daha bir səbəb isə azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılovanın ona həbsdən yazdığı məktub olmuşdur.

“Azərbaycanda araşdırmaçı jurnalistika o deməkdir ki, siz həbs oluna bilərsiniz. Xədicə İsmayılova Azərbaycanda korrupsiya araşdırmasına görə həbs edilmişdi”, Loren Rikar bildirib.

Xədicənin həmkarları və dostları onun həbsdən əvvəl korrupsiya ilə bağlı işini davam etdirmək üçün Xədicə Layihəsinə başladılar. Bu, jurnalistlər arasında əməkdaşlığa ən gözəl nümunələrdən biridir.
Marina Uolker

Müzakirələrdə iştirak edən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun direktor müavini Marina Uolker deyib ki, layihə çərçivəsində beynəlxalq jurnalistlərin əməkdaşlığı və birgə çalışması nəzərdə tutulur. O bildirib ki, layihənin əsas məqsədi jurnalistlərin işinin sərhədlərdən kənar, hökumət maneəsi olmadan və senzuradan keçmədən ictimaiyyətə çatdırılmasından ibarətdir. Onun sözlərinə görə, Xədicə İsmayılovanın işi jurnalistlər arasında əməkdaşlığın ən bariz nümunələrindən biridir.

“Xədicənin həmkarları və dostları onun həbsdən əvvəl korrupsiya ilə bağlı işini davam etdirmək üçün 'Xədicə Layihə'-sinə başladılar. Bu, jurnalistlər arasında əməkdaşlığa ən gözəl nümunələrdən biridir”, o bildirib.

Bu ölkələrdə mətbuatın əsas problemi hakimiyyətdə olan liderlərin özləri ilə bağlıdır. Buna görə də layihə onlara bir mesajdır ki, jurnalistləri susdurmaq istəsəniz, onların işini başqa jurnalistlər davam etdirəcək.
Ələkbər Raufoğlu

Azərbaycanlı jurnalist Ələkbər Raufoğlu deyib ki, bu layihə repressiv rejimlərə jurnalistləri təqib etdikləri halda dünya ölkələrində başqa jurnalistlərin onlara dəstəyə hazır olduğu haqda mesajdır. O, Azərbaycanda və Türkiyədə azad mətbuat qarşısında əsas çətinliklərdən danışıb. “Bu ölkələrdə mətbuatın əsas problemi hakimiyyətdə olan liderlərin özləri ilə bağlıdır. Buna görə də layihə onlara bir mesajdır ki, jurnalistləri susdurmaq istəsəniz, onların işini başqa jurnalistlər davam etdirəcək”, o bildirib.

XS
SM
MD
LG