Accessibility links

Castin Biberin Madam Tusso muzeyindəki mum heykəli yığışdırılıb


Yeniyetmə qızların sevimlisi Castin Biberin mum heykəlinin Nyu-Yorkda Madam Tusso muzeyindən yığışdırılması müğənninin Birləşmiş Ştatlardan qovulma təhlükəsi ilə eyni vaxta təsadüf edib.

New York Post qəzetinə istinadən, Biberin Nyu-Yorkda Madam Tusso muzeyindəki mum heykəli oğlan və qızlar tərəfindən o qədər toxunulub ki, heykəlin muzeydən yığışdırılmasına qərar verilib. Bəli, Biberin dünyanın ən məşhur mum muzeyindəki bənzərinin yenisi, böyümüş versiyası ilə əvəz edilməsinin vaxtı çatıb.

Müğənnin böyüməsindən söz düşmüşkən, TMZ yazır ki, Los-Anceles şəhərində yumurta atma vandalızm cinayətində ittiham və məhkum edildiyi təqdirdə Castin Biberin Birləşmiş Ştatlarda işləmək icazəsi ləğv edilə bilər və yeniyetmə qızların sevimlisi vətəni Kanadaya qovula bilər.

Amma Biberin mum heykəlinin çoxsayda adamın qucaqlamasına görə muzeydən yığışdırılmasının onun ölkədən qovulması təhlükəsi ilə eyni vaxta təsadüf etməsi bir qədər gülməlidr.B undan sonra onun ölkədən həqiqətən də qovulması kədərli, amma maraqlı mənzərə olardı.
XS
SM
MD
LG