Accessibility links

Kəşfiyyat idarələri İran və Rusiyanın ABŞ seçkisinə yeni müdaxilələr etdiyini bildirir


ABŞ-ın kəşfiyyat agentlikləri İran və Rusiyanı “çarəsiz cəhd” kimi 3 noyabrda keçiriləcək prezident seçkisindən əvvəl xaos və çaşqınlıq yaratmaq üçün seçici qeydiyyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışmaqda ittiham edir.

Milli Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff bununla bağlı çərşənbə günü təcili olaraq təşkil olunan mətbuat konfransı zamanı açıqlama verib. O, amerikalıları təskinləşdirməyə çalışıb və müdaxilə edən hər bir ölkənin “bədəl ödəyəcəyinə və bunun nəticələri ilə üzləşəcəyinə” söz verib.

“Biz seçici qeydiyyatı ilə bağlı bəzi məlumatların İran və Rusiyanın əlinə keçdiyini təsdiq etmişik,” deyib və əlavə edib ki, hər iki ölkə “seçki ilə əlaqəli ictimai rəyə təsir göstərmək üçün spesifik addımlar atıb.”

Ratklif Rusiyanın bu məlumatlardan necə istifadə etdiyini deməsə də, İranın kiber aktyorlarının son 24 saat ərzində fəal olduqlarını və onların əməliyyatlarından bəzilərinin ABŞ prezidenti Donald Trampa ziyan vura biləcəyini deyib.

“Biz İranın seçiciləri qorxutmaq, sosial iğtişaş yaratmaq və prezident Donald Trampa zərər vurmaq məqsədilə ‘saxta’ emaillər yolladığını görmüşük,” o deyib.

Prezidenti dəstəkləyən ultra-sağçı Proud Boys qrupundan gəldiyi kimi göstərilən email-ləri izləyən tədqiqatçılar onların azı dörd ştatdakı seçicilərə gönərildiyini bildirib ki, bunlar Arizona, Alaska, Pennsilvaniya və Florida ştatlarıdır.

Email-də əksəriyyəti Demokrat olan seçicilərə “Seçki günündə Trampa səs verəcəksən, yoxsa biz səni təqib edəcəyik” deyilib.

Proud Boys təşkilatının nümayəndələri bu email-lərlə əlaqələrinin olduğunu inkar ediblər.

Ratklif deyir ki, İran email-lərlə yanaşı həm də bəzi seçicilərin saxta bülleten atmağa meylli olduqlarını iddia edən video yayıb.

“Bu video və saxta bülletenlərlə bağlı hər hansı iddia həqiqətə uyğun deyil,” o deyib.

ABŞ-ın kəşfiyyat rəsmisi həmçinin bildirib ki, İranın və Rusiyanın seçici inamını zəiflətmək səylərinə baxmayaraq, “bizim seçki sistemimiz möhkəmdir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG