Accessibility links

Kabildə stadion yaxınlığında intiharçı bomba hücumu-ölənlər arasında polis işçiləri var


Əfqanıstan polisi Kabildə kriket oyunlarının keçirildiyi stadionun qarşısında intiharçı bomba hücumu nəticəsində azı üç adamın öldüyünü, beş nəfərin isə yaralandığını bildirib.

Polis sözçüsü Amerikanın Səsinə ölənlər arasında polis işçilərinin də olduğunu bildirib. Hadisə nəticəsində iki polis işçisinin həlak olduğu deyilir.

Rəsmilər partlayışın baş verdiyini təsdiq edib, lakin hələlik hadisənin təfərrüatları ilə bağlı müstəqil məlumat verilməyib.

Əfqanıstanın Kriket Şurasının rəsmiləri oyunçuların hamısının sağ-salamat olduğunu təsdiq edib və Kabil stadionunun içərisində insanlar arasında tələfat olmadığını bildirib.

Partlayış nəticəsində komandalar kriket oyununu dayandırmalı olub, lakin rəsmilərin bildirdiyinə görə, matç sonradan davam etdirilib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Kabildə bazar ertəsi iki həftə sürəcək kriket turniri başlayıb. Əfqanıstan paytaxtı son zamanlar dəfələrlə Taliban qüvvələri və İslam Dövləti qrupu ilə əlaqəsi olan militantlar tərəfindən hücumlara məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG