40 il əvvəl hippilərin məskəni kimi tanınan Kaliforniyanın Alameda mahalı hazırda Amerikanın ən böyük əfqan icmasının olduğu yerdir. Sahil bölgədəki “Balaca Kabil” kimi tanınan bu ərazidə əfqan mənşəli amerikalılar sürətlə artmaqdadır.
Ətrafdakı dağlar Fremont şəhərindəki əfqanlara dogma vətənlərini xatırladır. Çoxları buraya 1970-80-ci illərdə Sovet İttifaqının Əfqanıstanda apardığı müharibədən qaçıb gəlib.
Çoxlu Əfqan restoranı və mağazası olan bu, əfqanıstanlıların hazırda dogma evi saydığı ərazi indi “Balaca Kabil” adlanır. “"Balaca Kabil" Fremont bulvarında yerləşir. Siz burada həm müxtəlif tipli əfqan, həm onların geyimlərini tapa bilərsiniz.” deyə, Nasib Əlamxil bildirir.
Fremont sakini Nəsib Sami isə bunları deyir: “Bura məni Kabildə olduğum zamanlara qaytarır.”
Bu restoran Fremont şəhərində açılan ilk əfqan restotanlarından biridir. Yerli əhalinin sevimli yeri olan bu restorana dadlı kabab yemək üçün uzaqlardan da gələnlər olur. Müştəri Seyid Zaidi: “Biz buraya əla yeməklər olduğu üçün gəlirik. Əziz qardaş alicənab insandır.”
Çoxları buraya yeməyə gəlsə də, hər zaman özləri ilə əfqan məfəniyyəti və tarixindən bir parça aparır. Melissa Lei: “Fikrimcə yemək insanların mədəniyyətini göstərən ən yaxşı yoldur. Mən bu restorana gələndə bu restoranı açan insanların yeməklərini dadıram.
Fremont bulvarında başdan-başa əfqan mağazaları, bu qədim tarixi olan ölkənin milli zinət, paltar və digər əşyaları satılan mağazalarını görmək olur.
Meivand marketi özünün təzə “Bərbəri” çörəkləti ilə məşhurdur. Burada xəmir maşınla yoğrulsa da, kiçik kündələr əllə kəsilir və yastı hala salınaraq, uzun formada bişirilir. Müştəri Kaula Əl-Qaisi: “Biz bu çörəyi çox sevirik və həmişə buradan alırıq. Özümü evdəki kimi hiss edirəm. Bu dadda çörək başqa yerdə yoxdur.”
Bəzi əfqanlar Amerikanın başqa şəhərlərinə köçsələr də, buradakı restoranın sahibi Ömərin heç yerə köçmək fikri yoxdur. “Mən heç vaxt təslim olmadım. Artıq 25 ildir buradayam və buna görə də buraya əfqan bayrağı asmışam.” deyə, restoranın sahibi Əziz Ğmər bildirir.
Buradan getmək bir çoxları üçün bir daha Əfqanıstanı tərk etmək deməkdir.