Accessibility links

Kabildə hərbi akademiyanın qarşısında partlayış zamanı 15 kursant həlak olub


Kabil, Əfqanıstan.
Kabil, Əfqanıstan.

Əfqanıstanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, şənbə günü Kabildə hərbi akademiyanın qarşısında intirahçının bomba partlatması nəticəsində ən azı 15 kursant həlak olub, bir neçə nəfər yaralanıb.

Bu hücum şiə məscidində 50 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olan intiharçı bomba partlayışından bir gün sonra baş verib.

Əfqanıstan polisi və şahidlər bildirirlər ki, şənbə günü baş verən hücum zamanı intiharçı Marşal Fahim Hərbi Akademiyasının əsas girişinin önündə dayanmış kursantlarla dolu avtobusa yaxınlaşaraq özünü partladıb.

Müdafiə Nazirliyinin sözçüsü Dövlət Vəziri ölüm sayını və daha dörd nəfərin yaralandığını təsdiq etdi.

Əfqanıstan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata əsasən son həftə ərzində Əfqanıstanda militantların bomba partlatması nəticəsində 200 insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG