Accessibility links

Kabildə etirazların qarşısını almaq üçün küçələr bağlanıb


Afghan protesters set a fire during a protest in Kabul, Afghanistan, June 2, 2017. A rally against the government Friday following Wednesday’s devastating truck bomb attack in Kabul saw hours of angry confrontation between protesters and police.
Afghan protesters set a fire during a protest in Kabul, Afghanistan, June 2, 2017. A rally against the government Friday following Wednesday’s devastating truck bomb attack in Kabul saw hours of angry confrontation between protesters and police.

Şənbə günü Əfqanıstan paytaxtı Kabilin mərkəzində küçələr bağlanmışdı. Dövlət orqanları etirazçılarla polis arasında qarşıdurçaya çevrilən və dörd nəfərin ölümü ilə nəticələnmiş etirazların təkrar keçirilməsini qarşısını almağa çalışıb.

Çərşənbə günü Kabildə yük maşınına yerləşdirilmiş bombanın hücumundan sonra cümə günü hökümətə qarşı etirazda etirazçılarla polis arasında qəzəbli qarşıdurma yaranıb. Polis təhlükəsizlik kordonunu keçərək prezident sarayına doğru getməyə çalışan izdihamı dağıtmaq üçün havaya atəş açıb.

Kabildə etiraz
Kabildə etiraz

Silahlı atışma nəticəsindəazı dörd nəfər ölüb, on beş nəfər yaralanıb. İnsident insan haqları qrupu Amnesty Internationalını qınağına və BMT-nin Əfqanıstandakı baş nümayəndəsinin asayişin bərqərar olunmasına dair çağırılarına səbəb olub.

Etirazlar qadağan olunub

Bir qrup etirazçı şəhərin mərkəzində partlayışın baş verdiyi əraziyə yaxın yerdə açıq çadırlarla qalıb.

Amma ümulikdə dövlət orqanları etiraz və nümayişləri qadağan edib və buna səbəb olaraq böyük izdihamlara qarşı hücum riskini göstərib.

Şənbə Əfqanıstanda iş günü olsa da, şəhərin bir neçə ərazisi bağlanıb, küçələrdə silahlı nəzarət-buraxılış məntəqələri və zirehli maşınlar yerləşdirilib.

Kabil
Kabil

Ölkədəki iğtişaş prezident Əşrəf Qani höküməti üzərindəki təzyiqləri artırıb. Hökümət bir sıra intiharçı bomba hücumlarından sonra şəhərdə təhlükəsizliyi təmin edə bilmədyininə görə ictimai qəzəblə üzləşir.

Yük maşını hücümü ən ölümcül hücum idi

Çərşənbə günü baş verən hücum ABŞ-ın 2001-də ölkədən Talibanı çıxartmaq kampniyasına başlamasından bəri ən ölümcül hücumlardan biri olub. Nəticədə 80-dən çox insan həyatını itirib, 460 nəfər yaralanıb.

2017-ci ilin ilk üç ayında 715 mülki vətəndaş öldürülüb. 3500 ölüm halı ilə 2016-cı il isə Əfqanıstan vətəndaşları üçün ən ölümcül il olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG