Accessibility links

Əfqanıstan paytaxtında güclü partlayış baş verib


90 nəfər həyatını itirib, 300-dən çox insan yaralanıb

Kabilin xarici diplomatik missiya və hökümət binalarının yerləşdiyi Vazir Akbar Xan ərazisində baş verən partlayış ətrafda yerləşən binalara və avtomobilərə böyük zərər vurub. Əfqanıstan rəsmiləri partlayıcının kanalizasiya borusunda yerləşdirildiyini bildirib.

Partlayışın baş verdiyi ərazi Almaniya səfirliyinə yaxınlığından yerləşir. Sosial mediada yayımlanan fotolarda səfirlik binasının bir hissəsinin dağıldığı əks olunub. Almaniya Xarici İşlər Naziri Siqmar Qabriel Tvitterdə bildirib ki, bomba partlayışı səbəbindən səfirliyin Əfqanıstandan olan təhlükəsizlik mühafizəçisi həyatını itirib, bir çox işçi isə xəsarət alıb.

Bomba partlayışı səbəbindən Əfqanıstan aparıcı telekommunikasıya xidməti olan Roşan şirkətinin əsas binasında böyük dağıntılar olub.

Əfqanıstanın təhlükəsizlik xidməti və beynəlxalq qoşunları ərazidə axtarma-xilasetmə işlərinə başlayıblar.

İki əsas Əfqan telekanalının verdiyi məlumata görə, son illərin ən genişmiqyaslı bomba hücumunun məsuliyyətini İŞİD öz üzərinə götürüb. Lakin İS beynəlxalq media və Amaq xəbər agentliyi hələ də Kabildə baş verən partlayışla bağlı rəsmi açıqlama verməyib.

İŞİD mart ayında ölkənin ən böyük hərbi xəstəxanasına da bomba hücumu həyata keçirtmişdi. Partlayış nəticəsində hərbiçi və həkimlər də daxil olmaqla, 50 nəfər həyatını itirmişdi.

Əfqanıstan prezidenti Əfşər Qəni çərşəmbə günü baş verən hücumu müqəddəs Ramazan ayında günahsız insanlara qarşı “qeyri-insanı və qorxaq hücum” adlandırıb.

NATO-nun ABŞ-ın rəhbərlik etdiyi Qətiyyətli Dəstək hərbi missiyası hücumu şərh edərək bildirib ki, bu partlayış mülki vətəndaşlara qarşı vəhşilikdir və əfqan xalqının necə vəhşi bir düşmənlə üz-üzə olduğuna sübutdur.”

Pakistan höküməti də hücumu pisləyən bəyanatla çıxış edib. Pakistanın Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, “Pakistan xalqı adından hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı veririk və bütün Əfqanıstan xalqına dözüm arzu edirik.”

Bomba hücumu gələn həftə Kabildə prezident Qaninin başçılığı altında keçirilməsi nəzərdə tutulan və regiondakı münaqişələrə son qoymaq məqsədi daşıyan konfrans öncəsi gərginliyi artırıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG