Accessibility links

Əfqanıstan höküməti korrupsiyaya qarşı mübarizə vədinə əməl edir


Əfqanıstanda ən böyük bankın iki keçmiş rəhbəri 2010-ci ildə fırıldaqçılıq qalmaqalına görə beş il həbsə məhkum edilib.

Hakim Şəmsul Rəhman Şəms Kabil bankının keçmiş sədri Şirxan Farnud və keçmiş icraçı direktoru Xəlilullah Ferozini həbsə məhkum edib. Hakim həmçinin Ferozinin $531 miliyon, Farnudun isə 279 miliyon dollar məbləğində mənimsədikləri pulu geri qaytarmaları barədə hökm çıxarıb.

20 başqa şəxs cinayətdə iştirakına görə məsuliyyətə cəlb olunub. Ancaq onlara hakimin qərarını apellasiya hüquqları verilib.

Bu, Kabil Bankının iflası ilə bağlı ilk məhkəmədir. İflasa səbəb 100 milliyonlarla dolların fırıldaqçı ipoteka yolları ilə mənimsəniilməsi olub.

Bank dövlət tərəfindən zaminə götürülüb və Yeni Kabil Bankı kimi yenidən failyətə başlayıb.

Bugünkü mühakimə hökümətin korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq donorların tələb etdikləri öhdəliklərə əməl etməsi kimi qiymətləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG