Çeçenistan lideri Ramzan Kadırov terrorçuluqla mübarizədə Avropaya kömək etməyə hazır olduğunu bəyan edib.
RİA Novostinin məlumatına görə, o həmçinin qərb ölkələrini öz vətəndaşları və turistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.
“Öz tərəfimdən terrorçuluqla necə mübarizə aparılmasında kömək etmək və tövsiyə verməyə həmişə hazıram. Biz öz ərazimizdə ona qalib gəlmişik. Bütün dünyanın gördüyü kimi terrorçulara dəstək Avropa sakinləri üçün qorxu və ölümə çevirilir”, Kadırov özünün Teleqram səhifəsində yazır.
Onun sözlərinə görə, Avropa hakimiyyətləri Rusiyada mövcud olmayan problemlərlə məşğuldurlar, Çeçenistana isə xüsusi diqqət ayırırlar, öz ölkələrində isə terror aktları baş verir.
“Rusiyaya ehtirasla göstəriş vermək istəyi və ona təzyiq yolları axtarmaq, Avropanın daxilində xaosa apardı. Başqa ölkələrə aktiv şəkildə diqqət ayrımaqla onlar özlərini ,öz insanlarını və problemlərini tamam unudublar , ” Kadırov vurğulayır.
Ramzan Kadırov Avropadakı rusiyalıların taleyindən dərin narahatlıq bildirib və Çeçenistan sakinlərini Avropaya səfərləri maksimum məhdudlaşdırmağa çağırıb.
O, Avropa ölkələrinin rəhbərlərindən turistlər və Avropada yaşayan çeçenlərin təhlükəsizliyinə təminat tələb edib.
Kadırov Böyük Britaniyadakı terror aktları ilə bağlı dərin hüzünlə başsağlığı verib.
Bazar gününə keçən gecə Londa törədilən iki terror hücumunda 7 nəfər ölüb,azı 48 nəfərsə yaralanıb.