Accessibility links

Filippin gözəli "Miss Universe" kainat gözəli müsabiqəsinin qalibi olub


Las Veqasda keçirilən "Miss Universe" kainat gözəli müsabiqəsinin qalibi Miss Filippin olub, amma Alonzo Urtzbaxın tacqoyma mərasimi aparıcı Stiv Harvinin səhvən ikinci yeri tutan gözəli qalib elan etməsi ilə ləngiyib.

Kainat gözəli tacı Ariadna Qutierez Arevaloya təqdim olunub və o, tamaşıçılara öpüşlər göndərərək təşəkkür edib. Bir neçə dəqiqə sonra isə Harvi səhnəyə geri dönüb və əsl qalibi elan edib.

“Üzr istəyirəm. 2015-ci il kainat gözəli Filippindir.”

Harvi kağızın üzərindən informasiyanı səhv oxuduğuna görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü deyib. Üçüncü yerin sahibi Miss ABŞ Olivia Cordan olub.

Daha sonra Harvi Twitter səhifəsində yazdığı mesajda üzr istəyib, ancaq bu dəfə də o, həm Kolumbiya, həm də Filippin sözünü səhv yazıb. Daha sonra bu səhvlər korrektə edilib.

Bu ilin əvvəlinədək prezidentliyə namizəd Donald Tramp və NBCUniversal Miss Universe Təşkilatının həmsədri olub. Amma ilin əvvəli Tramp meksikalı mühacirlər haqda açıqlamalarından sonra ispandilli Univision televiziya kanalı Miss Universe müsabiqəsini yayımlamaqdan imtina edib, NBC isə Trampla biznes əlaqələrini kəsib.

Bu ill Miss Universe müsabiqəsi Fox kanalında yayımlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG