Accessibility links

Fransanın Kale şəhərində yerləşən “Cəngəllik”adlı qaçqın düşərgəsi dağıdılır.

İşçilər əldə düzəldilmiş sığınacaqları dağıtmaq üçün böyük inşaat avadanlıqları və maşınlarından istifadə ediblər. Bu çadırların bəziləri çərşənbə günü düşərgəni tərk etməyə məcbur edilmədən öncə qaçqınların yanğınlar çıxartması nəticəsində yanıb.

Cümə axşamı Kalenin prefekti Fabian Buççio müxbirlərə bildirib ki, düşərgədəki yeni miqrantlar yerli hakimiyyət oqanları tərəfindən köçürülüb digər düşərgələrə yerləşdirilməyəcək.

Fransa rəsmiləri Avropanın qaçqın böhranın simvoluna çevrilən düşərgəni təmizləməyə və orada dəhşətlə şəraitdə yaşayan miqrantları oradan köçürməyə başlayıb.

Fransa hakimiyyəti orqanlarının verdiyi məlumata görə, Kale düşərgəsindən 4 min insan Fransa boyu qəbul mərkəzlərinə yerləşdirilib.

Kale son iki ildə dəniz vasitəsilə Britaniyaya keçməyə ümid edən əsasən əfqan, sudanlı və eritreyalı miqrant və qaçqınlar üçün Avropanın ən böyük xarablıqlarından birinə çevrilib.

XS
SM
MD
LG