Accessibility links

Kaliforniyada insanların evlərinə qayıtmalarına icazə verilib


Yanğınsöndürənlər Kaliforniya ştatını viran qoyan yanğınları nəzarət altına ala bildiklərini dedikdən sonra Kaliforniyanın bir çox şəhərlərindən evakuasiya edən insanların evlərinə qayıtmalarına icazə verilib.

Kaliforniyada Meşə və Yanğından Mühafizə departamentinin sözçüsü dünən müxbirlərə deyib ki, yanğın baş vermiş bəzi ərazilərdə yanğının 50-60 faizi qalmaqdadır.

Bundan sonra külək gəldi və yanğınla külək alov sunamisinə bənzəyirdi. Külək elə güclü idi ki...

Evakuasiya edilmiş insanların sayı dünən 100 min nəfərdən bu gün 75 min nəfərə düşüb.

“Bundan sonra külək gəldi və yanğınla külək alov sunamisinə bənzəyirdi. Külək elə güclü idi ki” deyə Kaliforniyanın Napa şəhər sakini Kristina Skott bildirib.

“Mənim ətrafımda 29 il yaşayan bir çox dostum indi evsidir. Onların heç biri özlərinə yaşamaq üçün yer tapa bilmir. Bizim küçədə yaşayan bir dostumuzun 98 yaşı var. O və onun 92 yaşlı yoldaşı orada 60 il birgə yaşayıb. İndi onlar evsiz qalıb” deyə Kaliforniya ştatının Santa Roza şəhər sakini Tammi bildirib.

Yanğınlar Santa Rosa şəhərini viran qoyub.
Yanğınlar Santa Rosa şəhərini viran qoyub.

Amma yanğınsöndürənlər hələ də ştat boyu yanğınlarla mübarizə aparır. Şənbə günü ölənlərin sayı 40 nəfərə çatıb. Yanğın baş vermis ərazilərdən birində alovun əhatə etdiyi ərazi 160 kvadrat kilometrə çatıb və 5700 ev və biznes obyektləri dağıdıb.

Hər il yay mövsümünün sonu və payız fəslinin əvvəli əsən güclü və quru Santa Ana küləkləri alovun tez yayılmasına kömək edən şərait yaradır.

Həm yerli yanğınsöndürənlər, həm də ötən bir neçə gün ərzində əraziyə gələn minlərlə könüllü, ümumilikdə təxminən 9 mindən çox insan Kalifroniya ştatında meşə yanğınları ilə mübarizə aparır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG