Accessibility links

San Fransisko beynəlxalq hava limanında təyyarə qəzasının səbəbi pilotun səhvi ilə bağlı ola bilər


Asiana hava şirkəti pilotun hələ də təlim aldığını bildirib

ABŞ müstəntiqləri Kaliforniyanın San Fransisko şəhərində hava limanında baş vermiş təyyarə qəzasının pilotun səhvləri üzündən baş verdiyini düşünür.

Asiana hava şirkətinə aid təyyarənin alov içində yanmasını göstərən yeni həvəskar video internetdə yayılıb.

Milli Nəqliyyat Təhlükəsizliyi agentliyinin sədri Deborah Hersman mətbuat konfransında bildirib ki, San Fransisko şəhərində təyyarənin arxa hissəsinə aid parça tapılıb.

Cənubi Koreya prezidenti Park Geun-hye təyyarə qəzasında həlak olan iki Çin vətandaşına baş sağlığı diləklərini bildirib.

Çinli iki məktəbli qəzasında ölüb, 180 sərnişin isə yaralanıb.

Hava şirkəti pilotun hələ də təlim aldığını və Boeing 777 tipli təyyarənin ilk dəfə idarə etdiyini deyib.

Şanxaydan havaya qalxan təyyarə Cənubi Koreyada dayandıqdan sonra San Fransisko istiqamətində hərəkət edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG