Accessibility links

Kaliforniyanın öz immiqrasiya qanunları var [Video]


Kaliforniyanın öz immiqrasiya qanunları var
please wait

No media source currently available

0:00 0:02:31 0:00

ABŞ-ın ən böyük mühacir əhalisi Kaliforniya ştatında yaşayır. Onların dördə birinin sənədsiz olduğu güman edilir və bu, onları preziident Donald Trampın immiqrasiya ilə bağlı sərəncamlarına məruz qoyur. Bu sərəncamla daha çox insana “cinayətkar” damğası vurula və beləcə daha çox insan deportasiya oluna bilər. Amma Kaliforniya ştatında Etimad Aktı adlı qanun ağır cinayət törətməyən qeyri-qanuni mühacirləri deportasiyadan qoruyur.

Mən ölkədə qorxu hissinin mövcud olduğunu görürəm. Bəzi valideyinlər bir müddət övladlarını məktəbə belə göndərmirdi
Alfred Labrada

4 milyon sakini olan Los Ancelesdə, təxminən yarım milyon insan qanunsuz mühacirdir.

Alfred Labrada: “Bu insanların çoxu polis görəndə deportasiya ediləcəklərindən qorxur”.

Los Anceles polis kapitanı Alfred Labrada bu qorxu hissinin nə olduğunu yaxşı bilir.

“Mən bu ölkəyə illər öncə balaca uşaq ikən qanunsuz mühacir olaraq gəldim və qorxu içində yaşayırdım”? o bildirir.

Labrada ordu sıralarına qoşulandan sonra ABŞ vətəndaşlığı alıb. O deyir ki, Tramp adminstrasiyasının immiqrasiya ilə bağlı sərt mövqeyi səbəbilə hazırda deportasiya qorxusu daha da artıb.

“Mən ölkədə qorxu hissinin mövcud olduğunu görürəm. Bəzi valideyinlər bir müddət övladlarını məktəbə belə göndərmirdi”, deyə Labrada bildirir.

Artıq polisə də daha az şikayət olunur. Labrada deyir ki, məişət zorakılığı ilə bağlı şikayətlər 10, cinsi zorakılıqla bağlı şikayətlər isə 25 faiz azalıb.

Labrada: “Bu isə bizi narahat edir. Biz bu cür halların həqiqətən daha az baş verdiyini, yoxsa onların bizim ABŞ İmmiqrasiya və Gömrük Administrasiyasına (ICE) xəbər verəcəyimizdən qorxduqları üçün bu cür hallarla bağlı şikayət etmədiyini bilmirik”.

Los Ancelesdə qanunsuz mühacir
Los Ancelesdə qanunsuz mühacir

Əslində isə, Labra deyir ki, Los Anceles Polis Departamenti ICE-a insanların immiqrasiya statusu ilə bağlı heç bir məlumat vermir, çünki onlar sakinlərin polisə etibar etməsini istəyir.

Alfred Labrada: “Əgər onlar bizim İCE-a xəbər verəcəyimizdən və nəticədə deportasiya ediləcəklərindən qorxub, bizə zəng etməsələr, daha çox insan bu cür cinayətlərin qurbanı olacaq”.

Lakin ICE verdiyi bəyatda bu yanaşmanın səhv olduğunu və hüquq mühafizə orqanının ICE-la əməkdaşlıq etməməklə ictimai təhlükəsizliyə daha böyük hədə yaratdığını bildirib.

Kaliforniyada isə qanunsuz mühacirləri müdafiə edən qanun var. Bu, Trust Act, yəni Etimad Aktıdır.

Etimad Aktına əsasən, qraflıq həbsxanaları və Kaliforniya hüquq-mühafizə orqanları ICE-a sadəcə bəzi ağır cinayətləri törədən insanların adını verməlidir
Stiv Kia

“Etimad Aktına əsasən, qraflıq həbsxanaları və Kaliforniya hüquq-mühafizə orqanları ICE-a sadəcə bəzi ağır cinayətləri törədən insanların adını verməlidir”, deyə Oranc Qraflığı Polis Departamentinin şerifi Stiv Kia bildirir.

Los Anceles Qraflığı yaxınlığında yerləşən Oranc Qraflığı isə Etimad Aktından narazıdır. Qraflığın polis şerifi prezident Tramp onların ICE-la daha yaxından əməkdaşlıq etmələrinə yardım etməyə çağırıb.

Hələlik isə, Oranc Qraflığında həbsxanaya düşən insanların immiqrasiya statusu qeydə alınır, amma yalnız ağır cinayətdə ittiham olunanların adı ICE-a verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG