Accessibility links

Birləşmiş Ştatların cənub-qərbində isti hava şəraiti davam edir


Birləşmiş Ştatların cənub-qərbində və Kaliforniya ştatında isti hava şəraiti barədə xəbərdarlıqlar edilib. Bu ərazilərdə hava temperaturunun həddindən artıq yüksək səviyyəyə çatması artıq azı 4 nəfərin ölümünə səbəb olub.

Kaliforniyada bir çox şəhərlərdə bazar günü və bazar ertəsi hava temperaturu selsi ilə 38 dərəcədən yuxarı olub. Səhralıq şəhəri olan Palm Sprinqsdə isə temperatur 48 dərəcəyə qalxıb.

Qızmar günəş altında bir çoxları okean sularında sərinlənmək və dəniz mehində dincəlmək üçün izdihamlı çimərliklərə üz tutub.

İsti hava şəraiti Kaliforniya ştatının Santa Barbara şəhərində geniş ərazidə meşə yanğınlarına səbəb olub. Qonşu Arizona və Nyu Meksiko ştatlarında da yanğınlar qeydə alınıb.

Kaliforniyanın enerji şəbəkəsinin operatorları kondissionerlərdən istifadəyə təlabatın artdığını nəzərə alıb, yalnız hava qaraldıqdan sonra elektrikdən geniş istifadə edilməsinə çağıraraq insanların elektrik enerjisinə qənaət etməsinin vacibliyini vurğulayıb.

Sinoptiklər bazar ertəsi temperaturun ən yüksək dərəcəyə çatdıqdan sonra çərşənbə axşamı normallaşacağını proqnozlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG