Accessibility links

Maykl Ceksonun ölümü ilə bağlı yeni iddialar


Kaliforniya ştatında Maykl Ceksona dair məhkəmə prosesində münsiflər məhkəməsi Maykl Ceksonun ailə üzvlərinin məhkəməyə verdikləri konsert təbliğatı edən AEG Live adlı şirkəti məşhur müğənninin ölümündə təqsirli bilməyib.

Dünən oxunan hökm beş ay davam edən məhkəmənin nəticəsi olub.

Ceksonların anası Katerin Cekson 2009-cu ildə Londonda keçiriləcək konsertdən əvvəl Mayklın səhhətinə nəzarət etmək üçün həkim Konrad Murrini seçməklə AEG Live şirkətinin səhlənkarlığa yol verdiyini iddia edir.

AEG şirkəti həkim Murrinin Ceksonu müalicə etməyə başlamazdan əvvəl onun artıq narkomaniya problemi olduğunu iddia edir.

Pop kralı 2009-cu ildə Los Ancelesdə vəfat edib. Məhkəmə 2011-ci ildə Murini Ceksona artıq dozada Propofol yuxu dərmanı verməkdə günahlandıraraq onu qeyri-ixtiyari qətldə təqsirli bilib.
XS
SM
MD
LG