Accessibility links

Kaliforniyada bəzi məktəblərdə dərslər iki dildə keçirilir [Video]


Kaliforniyada bəzi məktəblərdə dərslər iki dildə keçirilir
please wait

No media source currently available

0:00 0:01:57 0:00

ABŞ-dakı sığınacaq şəhərlərlə bağlı debat ölkədəki hətta ən gənc insanlara belə təsir göstərir. Bu debat yerli bələdiyyələrin sakinlərin vətəndaşlıq statuslarını yoxlanılmasını tələb edən federal qanuna tabe olub-olmaları üzərində gedir. Kaliforniyadakı Çula Vista kimi sərhəddə yerləşən şəhərlərdə uşaqların həm Birləşmiş Ştatları, həm də Meksikonu vətən olaraq tanımaları adi haldır.

ABŞ-Meksika sərhədindən 15 kilometr şimalda Kaliforniyanın ən böyük məktəb dairəsi yerləşir. Bura həmçinin ştatın ən müxətlif dairəsidir. Belə ki, buradakı şagirdlərin 35 faizi ingilis dilini ikinci dil olaraq öyrənir. Dairədəki məktəblərin yarısında iki-dilli proqramlar həyata keçirilir.

“Biz ispan dili biliyini öhdəlik deyil, qiymətli bir keyfiyyət olaraq görürük,” deyə məktəb dairəsinin başçısı Fransisko Eskobedo deyir.

2016-cı ildə qanunsuz mühacirləri hədəf alan seçki kampaniyası ritorikasından sonra Kaliforniya məktəbləri bir sıra tədbirlər gördü.

Eskobedo valideyinlərə ibtidai siniflərin” vətəndaşlıq stasusundan asılı olmayaraq şagirdlər üçün “təhlükəsiz zonalar”olduğunu bildirən məktublar yolladı.

Amma Çula Vistada sinif otağı sığınacaqdan da artıq bir yerdir. Orada şagirdlərin ikidilli olmaları təntənəli sürətdə qeyd edilir.

“Bizim şagirdlərimiz hər iki ölkədən gəlib və biz müəllimlərimizin şagirdlərə hər iki dildə yardım edə bilmələri üçün onlara təlimlər keçirik,” deyə Emma Sançez bildirir.

Əslən Tixuanadan olan altıncı sinif şagirdi Valeriya iki dildə danışıb, müntəzəm olaraq sərhədlər arası səyahət edə bildiyi üçün həyatını ideal olaraq təsvir edir.

“Mən ora gedib atamla görüşürəm, sonra bura anamın yanına qayıdıb, məktəbə gedirəm,” deyə o bildirir.

Digər şagirdlər isə deyir ki, onların dostları və uzaq qohumları ilə ünsiyyət qura bilmələri üçün ikidillik çox mühümdür.

“Mən çox xoşbəxətəm, çünki nənə-babamın yanındayam. Zaman tez keçir və mən mümkün qədər onların yanında qalmaq istəyirəm,” dördüncü sinif şagirdi Lusiya deyir.

Lusiya ümid edir ki, onun dil bacarıqları ona yaxşı iş tampğa və bütün dünyadan müxtəlif mədəniyyəltərdən insanlarla tanış olmağına imkan yaradacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG