Accessibility links

Kaliforniya məktəbində atışma zamanı ağır yaralanan 2 şagird həyatını itirib


Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatındakı məktəbdə atışma zamanı ağır yaralanan iki şagird həyatını itirib.

Saugus məktəbinə hücum edən şəxs nəzarət altındadır və hazırda Los Anceles xəstəxanasında müalicə olunur. Deyildiyinə görə, asiyalı şagird 16 yaşı tamam olduğu gün məktəbə hücum edib.

Hadisə zamanı yaralanan 14 və 15 yaşlarında 2 qız və 14 yaşlı bir oğlan xəstəxanadadır.

Santa Klarita vadisinin Polis Departamenti bölgədəki bütün məktəblərin bağlandığı bildirib.

Ağ Evin mətbuat katibinin müavini Cadd Deree bildirib ki, Prezident Donald Tramp vəziyyətlə bağlı məlumatlandırılır.

"Ağ Ev yerli hüquq-mühafizə orqanları və hadisəyə ilk reaksiya verənlərin tövsiyələrinə əməl etməyə çağırır," o bildirib.

XS
SM
MD
LG