Accessibility links

Məşhurlar yanan evlərinin görüntülərini bölüşür


Məşhurlar yanan evlərinin görüntülərini bölüşür
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Kaliforniyanın şimal və cənub bölgələrindəki yanğınların söndürülməsində minlərlə yanğınsöndürən iştirak edir. Artıq 56 nəfərin cəsədi aşkar edilib, çox sayda insan evini itirib.

Yanğınlar Kaliforniyanın cənubunu, Los-Anceles yaxınlığındakı yaşayış məntəqələrini yerlə yeksan edib. Bəzi sakinlər geri, evlərinə qayıdır. Onların arasında məşhurlar da var. “Buraya baxın, elə bil müharibə zonasıdır, dəhşətdir”- deyə, aktyor Cerard Batler bildirir.

Məşhurlar görüntüləri Tvitterə yerləşdirir. Bu video aktyor Cerard Batler tərəfindən çəkilib. O, yanğının yaşadığı məhəlləni nə günə qoyduğunu göstərmək istəyir. Bura Batlerin Malibudakı şəxsi evidir. O, evi yanan məşhurlardan biridir.

Mayli Sayrusun da Malibudakı evi yanıb. O, Tvitterdə yazır: “Mənim artıq burada evim yoxdur. Lakin mənim burada ailəm və dostlarımla keçirdiyim xatirələrim var.”

Yanğınlar aktrisa Alissa Milani və rejissor Qulermo Del-Toronu da evakuasiya olmağa məcbur edib. Del-Toro Tvitterdə fantaziya və qorxu kolleksiyasının yerləşdiyi evi haqda qaranlıq eviin normal vəziyyətdə olduğunu, sadəcə bir az duman tutduğunu yazıb.

Bütün baş verənlərin qəhrəmanları isə yanğınla mübarizə aparan yanğınsöndürənlərdir. Yanğının səbəb olduğu dəhşətlərin şahidi onlardır. Kaliforniya Yanğınsöndürmə Birliyinin rəisi Skor Calbert: “Mən bu işi 31 ildir görürəm və son 5-7 ildir vəziyyət getdkcə ağırlaşır. Son zamanlar quraqlıq artıb və davam edir. Bu isə birki örtüyünü məhv edir. Ölü bitkilər isə tez yanır.”

Quraqlıq və güclü küləklər meşələrdə yanğınları daha da gücləndirərək, yayılmasına səbəb olur.

XS
SM
MD
LG