Accessibility links

Kaliforniya mühacirlərin sığınacaq ştatına çevriləcək


Kaliforniyalı qanunvericilər ABŞ-ın ən böyük əhalisi olan ştatını qeyri-qanuni immiqrantlar üçün sığınacaq ştat edəcək qanun layihəsini təsdiq edib.

Bu qanun polisin həbs olunan insanların immiqrassiya statuslarını sorğu-sual etməsini qadağan edir. Qanun həmçinin polisin immiqrasiya rəsmiləri ilə əməkdaşlığını məhdudlaşdırır.

Qubernator Cerri Braun ştata immiqrasiyanı qoruyacaq addımı dəstəklədiyini deyib.

Seçki kampaniyası Donald Tramp qeyri-qanuni immiqrantları təqib edəcəyinə və iri-miqyaslı deportasiya proqramı başladacağına söz vermişdi.

Lakin qanun layihəsindəki müddəalar bir insan 800-dən çox cinayətə görə məhkum olduğu halda yerli və ştat qanun mühafizə rəsmilərinə həmin insanla bağlı məlumatları federal immiqrasiya rəsmiləri ilə bölüşməyə icazə verəcək.

İllinoy ştatının qubernatoru ötən ay insanları təkcə immiqrasiya statusu səbəbilə həbs olunmasının qarşısını alan qanun layihəsi imzalayıb.

XS
SM
MD
LG