Accessibility links

Kaliforniya səmasındakı raketin qövsü nəqliyyatın dayanmasına səbəb olub


Kaliforniyada cümə günü SpaceX şirkətinin 10 peyk daşıyan yenidən istifadə edilən raketi fəzaya buraxılan zaman səmada müəmmalı iz buraxıb.

Sahildə yerləşən Vanderberq Hava Qüvvələri Bazasından buraxılan Falcon 9 raket daşıyıcısı Iridium Communications şirkəti üçün son peyk partiyasını daşıyırdı.

Günəş batandan sonra həyata keçirilən uçuş zamanı səmada yaranan qövs Cənubi Kaliforniyadan Arizonanın Feniks şəhərinə qədər ərazisidə aydın görünüb.

Həmin müddət ərzində raketin buraxılmasından 200 mil cənubda yerləşən San Dieqo şəhərinin televiziya stansiyalarına zənglər gəlməyə başlayıb.

Los Anceles magistrallarındakı maşınlar dayanıb, sürücülər və sərnişinlər səmadakı görüntünün fotolarını və videolarını çəkiblər.

Daha sonra isə həyəcanlanan sakinləri sakitləşdirmək üçün Los Anceles Yanğın Departamenti səmadakı müəammalı işığın raketin qövsü olduğunu bildirib.

Eyni raket Iridium peyklərini bu ilin iyun ayında kosmosa daşıyıb. O zaman, raket Yerə geri qayıdan zaman Sakit Okeanda üzən platformaya enib. Bu dəfə isə raketin dənizə enməsinə icazə verilib.

Bu, SpaceX şirkətinin 2017-ci ildə 18-ci və sonuncu raket uçuşu idi. Şirkətin Iridium sisteminin əvəzlənməsi üçün səmaya 75 yeni peyk daşımalıdır. Bu işi görmək üçün 4 dəfə uçuş həyata keçirən Space X, işi tamamlamaq üçün 2018-ci ildə daha bir neçə uçuş həyata keçirəcək.

XS
SM
MD
LG