Accessibility links

Kaliforniyada meşə yanğınlarından sonra şərabçılar turistləri cəlb etməyə çalışır [Video]


Kaliforniyada meşə yanğınlarından sonra şərabçılar turistləri cəlb etməyə çalışır
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Oktyabr ayının əvvəlində Kaliforniyanın şimalında baş verən meşə yanğınları nəticəsində 42 nəfər həyatını itirib, yüzlərlə ev dağılıb, regiona təxminən 6 milyard dəyərində ziyan dəyib. Yanğınlar həm də regionun ən böyük gəlir mənbəyi olan turizm sahəsinə də böyük ziyan vurub.

Regional şərabçılar turistlərin Kaliforniyanın Napa şəhəri barədə müsbət fikirlərə sahib olmalarını istəyir.

Bizim yerli restoran və mağazalarımzda pul xərcləyin. Sonoma şərablarından alın. Bizim otellərdə qalın. Bu, sizin bizə köməyiniz ən yaxşı yoludur.
Bill Blum

Lakin belə görünür ki, hazırda insanların ağıllarında oktyabr ayında baş verən meşə yanğınlarının bu görüntüləri qalıb.

Həmin yanğınlar viranedici olsa da, şərab sənayesinə çox böyük təsir göstərməyib.

Regiondakı 1200 şərab zavodundan təkcə 10-na ciddi ziyan dəyib.

“Bu üzüm mövsümündə heç bir şərab zavodu çox şərab itirmədi. Yanğın daha çox insanların düşüncələrinə təsir göstərdi. Onlar Napa Vadisinin yandığını düşündü və səfərlərini təxirə saldı. Bizə də ən böyük təsiri bu göstərdi”, Honig Üzüm Bağları və Şərab Zavodundan Maykl Honig bildirir.

Otellər hər zamankı ilə müqayisədə daha səssizdir və otaqların çoxu yanğın nəticəsində evlərini itirən insanlarla doludur. Bu isə bizneslərə çox baha başa gəlir.

Bu səbəbdən də yerli liderlər və şərabçılar turistləri regiona cəlb etməyə çalışır və onlara Napa və qonşu Sonomanın ziyarətçilərə açıq olduğunu deyir.

“Bizim yerli restoran və mağazalarımzda pul xərcləyin. Sonoma şərablarından alın. Bizim otellərdə qalın. Bu, sizin bizə köməyiniz ən yaxşı yoludur”, deyə Macarthur Hotel & Spa-dan Bill Blum söyləyir.

Şərab sənayesinə çox zərər dəyməsə də, yanğının səbəb olduğu tüstünün və turizm gəlirinin itməsinin regional fermalara və şərab zavodlarına uzunmüddətli təsiri ola bilər.

“Biz hər zaman yağışlı günlər üçün əlavə şərab saxlayırıq. Amma bu dəfə yanğınları nəzərə alıb, əlavə şərab hazırlamadıq. Bunun isə maddi baxımdan bizə böyük təsiri oldu”, deyə Figones Oil Co. şirkətindən Frank Figone bildirir.

Daha çox turist cəlb etmək üçün Kaliforniyanın turizm komissiyası 2 milyon dollarlıq reklam kampaniyası başladır və bununla regiona yenidən turist axının başlayacağına ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG