Accessibility links

Kaliforniyada meşə yanğınları 10 nəfərin həyatına son qoyub


Kaliforniya ştatının yanğın idarəsinin rəsinin verdiyi məlumata görə, şərab ştatı Kaliforniyada baş verən meşə yanğınları nəticəsində azı 10 nəfər həyatını itirib.

İnsanların hələ də təhlükədə olduğu Napa, Sonoma və Yuba vilayətlərində fövqəladə vəziyyət elan edilib.

“Çox yaxşı hazırlanmış xilasedicilər hər kəsin təhlükəsizliyini təmin etmək üçün birlikdə çalışırlar. Hazırda biz aktiv şəkildə insanları xilas etməyə çalışırıq.” - deyə Sonoma mahalının Şerifi Rob Giordano bildirib.

Verilən məlumata görə, yanğın nəticəsindən 1500-dən çox ev və biznes yerləri məhv olub, çox sayda insan yaralanıb. Kaliforniyanın 3 mahalında davam edən 14-ə yaxın yanğın nəticəsində zərər görənlərin sayının artacağı gözlənilir.

Xəstəxanalarda müalicə alan yüzlərlə insan da daxil olmaqla 20 mindən çox əhali başqa ərazilərə köçürdülüb.

Kaliforniyanın Meşə və Yanğından Müdafiə Departamentinin bildirdiyinə görə, bazar günündən başlayan yanğınlarla bağlı istintaq aparılır.

XS
SM
MD
LG