Accessibility links

ABŞ-ın Fransada səfərdə olan Vitse-prezidenti müharibələrdə həlak olan amerikalı əsgərlərin xatirəsini anıb


Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Fransada səfərdə olan vitse-prezidenti Kamala Harrisi çərşənbə axşamı Yelisey sarayında q'bul edəcək. Görüş zamanı iqlim dəyişikliyi, iqtisadiyyat, qlobal səhiyyə və təchizat zənciri məsələlərinin müzakirəsi planlaşdırılır.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi çərşənbə axşamı jurnalistlərə ikitərəfli görüşün vacibliyini vurğulayıb. O, ABŞ-ın Fransa ilə əlaqələrinin qlobal xarakter daşıdığını, Fransa və digər Avropa müttəfiqlərinin Birləşmiş Ştatlar üçün gələcəyin açarı olduğunu deyib.

Makronla görüşdən əvvəl Harris həyat yoldaşı Doq Emhoffla birlikdə çərşənbə günü Birinci Dünya Müharibəsinin başa çatması ilə əlaqədar ABŞ Veteranlar Günü və Mübarizə Günü münasibətilə Parisin yaxınlığındakı Surene Amerika qəbiristanlığını və Memorialınını ziyarət edərək, əklil qoyulma mərasimində iştirak edib. 1600-ə yaxın amerikalının qalıqlarının saxlandığı bu yerdə hər iki dünya müharibəsində həlak olan amerikalı hərbçilərin xatirəsi anılıb.

Harris və Makron cümə axşamı qeyd olunan Mübarizə Günü mərasimində iştirak edəcək.

ABŞ-ın vitse-prezidentinin Fransaya səfəri ölkənin ən qədim müttəfiqi ilə pis münasibətləri yaxşılaşdırmaq üçün atılan son addımdır.

İki ölkə arasındakı münasibətlər sentyabr ayından bəri tarixi minimuma enib. Buna səbəb isə ABŞ və Britaniyanın köməyi ilə Avstraliyanın nüvə sualtı gəmiləri inşa etməsi ilə bağlı razılığa gəlməsindən sonra Fransadan sualtı gəmilərin alınması nəzərdə tutulan 65 milyard dollarlıq müqavilədən imtina edilməsi olub.

"Fransada olmaq çox gözəldir. Münasibətlərimizi gücləndirmək üçün çox-çox məhsuldar müzakirələrin baş tutacağını gözləyirəm" - deyə, Harris bildirib.

Harris cümə axşamı Paris Sülh Forumunda iştirak edəcək və gələn ay bu ölkədə keçiriləcək seçkilər öncəsi Liviya zirvə toplantısında da Bayden administrasiyasını təmsil edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG