Accessibility links

Kambocanın sürgündə olan lideri qiyabi olaraq azadlıqdan məhrum edilib


Kambocanın müxalifət lideri Sam Rainsi Facebook-da Kambocanın Vyetnamla sərhədinin qanuniliyi ilə bağlı suallar qaldıran yazısına görə çərşənbə günü qiyabi olaraq beş illik həbs cəzasına məhkum edilib.

Rainsi sosial media komandasının iki üzvü ilə bərabər saxtalaşdırılmış 1979-cu il sərhəd sazişini paylaşmaqda ittiham olunub. Saxta saziş Vyetnam və Kambocanın ikitərəfli sərhədin ləğv edilməsilə bağlı razılaşdıqlarını göstərir.

Rainsinin vəkili onun köməkçilərinin səhv tərcümə edilən sənədi internetdə tapdıqlarını və onun saxta olduğunu bilmədiklərini iddia edib.

Rainsi siyasi motiv daşıyan diffamasiya hökmündən yayınmaq məqsədilə 2015-ci ildən bəri Fransada yaşayır.

XS
SM
MD
LG