Accessibility links

Amerikalıların Kanadaya köçəcəklərinə dair hədələri əyləncə obyektinə çevrilib


Seçki ilində bəzi amerikalıların Kanadaya köçəcəklərinə dair hədələri bəzi şirkətlər üçün əyləncə obyektinə çevrilib.

Hər zaman olduğu kimi bu dəfə də bir çoxları qonşu ölkəyə mühacirət etmək istədiklərini bildirir.

Google-da “Kanadaya necə köçmək olar?” kimi sualla axtarış edənlərin sayı hədsiz dərəcədə artıb. Buna səbəb Donald Trampın çərşənbə axşamı günü İndianadakı qələbəsi olub. ABŞ prezidentliyinə respublikaçı namizəd partiyasının nominasiyasını əldə etmək yolunda irəliləyir.

Musiqi xidməti Spotify Twitter-dən istifadə etməklə şimala köçmək istəyənlərin işini asanlaşdırmağa çalışır. Bu xidmət istifadəçilərə kanadalı musiqiçilərin adlarını yazmaqla onların fikirlərini öyrənmək kimi bir imkan yaradır.

Donald Tramp və Hillari Klinton axtarılarkən heç bir nəticə əldə edilmir. Bu da təəccüb doğurmur. Amma Barak Obamanın adı Qordon Laytfut, Coni Mitçell and Neil Yanq kimi 3 sənətçinin adı ilə müşayiət edilir.

Kanadanın Grey marketinq şirkəti The Trump Clause (Tramp məntəqəsi) adlı səhifə təsis etməklə şimala köçmək qərarına gələnlərə şəxsi və biznes razılıqları üçün xüsusi yazı təklif edir. Bu məntəqə Tramp prezident seçildiyi təqdirdə Amerikaya köçmək istəyənlərin əşyalarının daşınması xərcələrini öhdəsinə götürür.

Digər bi səhifə isə Amerikadakı tanışları ilə əlaqələrin kəsilməsini təmin edir.

Hotels.com səyahət şirkəti daimi yaşayış qərarı almazdan öncə amerikalılara Kanadaya turist kimi səfərlər təklif edir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG