Accessibility links

BlackBerry şirkəti satışa çıxarıla bilər


Maliyyə sıxıntısı ilə üzləşən mobil telefon istehsalçısı BlackBerry bildirir ki, şirkət satışa çıxarıla bilər.

Kanadada qərargahlanan şirkət hazırda satış imkanlarını və ya birgə əməliyyat planları və başqa şirkətlərlə tərəfdaşlığı nəzərdən keçirir. Bu yaxınlarda BlackBerry üç yeni növ mobil telefonunu bazara çıxarıb. Ancaq şirkətin səhmləri maliyyə birjalarında qiymət itirməkdə davam edir.

BlackBerry bir vaxtlar dünya bazarında mobil telefonların az qala yarısına nəzarət edirdi. Hal-hazırda isə şirkətin bazar payı üç faizdən aşağıdır. Qlobal mobil bazarında Google-un Android əməliyyat sistemi və Apple-in iPhone cihazı işlədən telefon şəbəkələri hakimdir.

Maliyyə vəziyyətini dirçəltmək üçün şirkət 5,000 əməkdaşını ixtisara salıb və bəzi zavodlarını bağlayıb. Şirkət ötən illər ərzində ümumi dəyərindən 70 milyard dollar itirib.
XS
SM
MD
LG